RU
16:56
520

"Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi xəbərini sevinclə qarşıladıq"

Aztəminatlı ailələrə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə birdəfəlik yardım verilməsi xəbərini sevinclə qarşıladıq.

7News.Az bildirir ki, bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Xaçmaz şəhər sakini Gülşən Dadaşova söyləyib.

 

"Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına münasibət bildirən şəhər sakini deyib: "Bizim ailəyə bu ildən ünvanlı dövlət sosial yardımı təyin olunub. Bilirsiz, verilən yardımdan daha çox məni qayğı ilə əhatə olunmağımız sevindirir. Prezidentimiz bu Sərəncamı ilə daim yanımızda olduğunu, sosial təminatı zəif olan ailələrin dövlətimizin diqqət və qayğısı ilə əhatələndiyini bir daha nümayiş etdirdi. Prezidentimizi, onun ailə üzvlərini, eləcə də xalqımızı qarşıdakı bayramlar münasibətilə təbrik edirəm. Azərbaycana sülh, əmin-amanlıq, hər bir ailəyə bol ruzi arzulayıram".

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ