Badamdar sürüşmə sahəsində monitorinqlər davam etdirilir.
Bu barədə 7News.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, noyabrın 23-də Badamdar sürüşmə sahəsində nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən aparılan monitorinqin nəticəsinə əsasən, ərazidə gərginlik qalmaqdadır:
"Son günlər yağan yağış nəticəsində sürüşmənin baş hissəsində asılı vəziyyətdə olan iri qaya parçasının qopması və yamac boyu irəliləməsi müşahidə edilib. Sürüşmənin alt hissəsində isə yeni çatlar qeydə alınıb”.
7News.Az








