RU
Bakı metrosunda küləyin təsirinə məruz qala biləcək qurğular yoxlanılıb
17:33
536

Bakı metrosunda küləyin təsirinə məruz qala biləcək qurğular yoxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sabaha olan proqnozlarını nəzərə alaraq "Bakı Metropoliteni” QSC-i müvafiq tədbirlər həyata keçirib.

Bu barədə 7News.Az-a "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, xəbərdarlıqla əlaqədar yerüstü təsərrüfat sahələrinə baxış keçirilib:

"Bununla əlaqədar olaraq, "Bakı Metropoliteni” QSC-də açıq hava şəraitində olan bütün təsərrüfat sahələrində müvafiq tədbirlər görülüb. Xəbərdarlıqla əlaqədar yerüstü təsərrüfat sahələrinə baxış keçirilib, küləyin təsirinə məruz qala biləcək qurğu və avadanlıqlar yoxlanılıb. 

Yanvar ayının 17 və 18-də açıq havada  hündürlükdə, kranda işlərin icrası qadağan edilib. Bundan başqa, yerüstü sahədə yerləşən "Nərimanov” elektrik deposunda müvafiq tədbirlər görülüb, gücləndirilmiş iş rejimi tətbiq olunub”.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ