lombard

Bakıda 29 yaşlı gənci döyüb xəstəxanalıq etdilər

Bakıda 29 yaşlı gənci döyüb xəstəxanalıq etdilər

Xətai rayonunda döyülmə hadisəsi baş verib.  

7NEWS.Az xəbər verir ki, hadisə Nobel prospektində, "Günəş” marketin yaxınlığında qeydə alınıb.  

1991-ci il təvəllüdlü Əliyev Ağacan İntiqam oğlu tanıdığı şəxslərlə mübahisə edib.  

 

Nəticədə A. Əliyev döyülərək baş nahiyəsindən ağır xəsarətlər alıb. Yaralı huşsuz vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.  

Qapalı kəllə-beyin travması, üzün çoxsaylı kəsilmiş yarası diaqnozu qoyulan A.Əliyev Reanimasiya şöbəsinə yerləşdirilib.  

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.  

 

7NEWS.Az

Xəbər lenti