RU
Qubada maşın aşıb, 3 nəfər xəsarət alıb
14:10
25

Qubada maşın aşıb, 3 nəfər xəsarət alıb

Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Quba–Qonaqkənd avtomobil yolunun Püstəqasım kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, UAZ markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ