RU
Gədəbəydə yol qəzasında qadın ölüb, oğlu xəsarət alıb
12:30
25

Gədəbəydə yol qəzasında qadın ölüb, oğlu xəsarət alıb

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Çanaqçı kəndində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Şükür Ələkbərovun idarə etdiyi "VAZ 2107” markalı avtomobil hərəkətdə olarkən yolun kənarına aşıb.

Hadisə nəticəsində avtomobilin içərisində olan arvadı Səyyarə Ələkbərova hadisə yerində ölüb, oğlu Əli Ələkbərov isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ