RU
Şəmkirdə 50 yaşlı kişi faciəli şəkildə öldü
12:40
29

Şəmkirdə 50 yaşlı kişi faciəli şəkildə öldü

Şəmkir şəhərində 50 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə şəhər ərazisində baş verib. Rayon sakini 1976-cı il təvəllüdlü Səbuhi Rüstəmov dünən saat 12 radələrində yaşadığı evin həyətində 4 metr hündürlüyündə olan su çənini təmizləyərkən ehtiyatsızlıqdan yıxılıb. S.Rüstəmov aldığı xəsarətdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ