Bakıda kimyəvi məhluldan zəhərlənən 62 yaşlı kişi ölüb.
Hadisə paytaxtın Sabunçu qəsəbəsində baş verib.
Məlumata görə, iyunun 14-də 1964-cü il təvəllüdlü Yaşar Rzayev yaşadığı evdə kimyəvi məhluldan zəhərlənib. Xəstəxanaya yerləşdirilən Y.Rzayev ötən gün orada ölüb.
Faktla bağlı araşdırma aparılır.








