RU
Bakıda arvadını 5-ci mərtəbədən atan kişi
11:04
721

Bakıda arvadını 5-ci mərtəbədən atan kişi "Buta Palace"-ın art direktoru imiş - FOTO

Bakıda ötən gecə dəhşətli cinayət hadisəsi baş verib.

7News.Az-ın baku.ws-ə istinadən məlumatına görə, dünən gecə saat 3 radələrində Nəsimi rayon Polis İdarəsinə 21-ci polis bölməsindən 1988-ci il təvəllüdlü Bakı şəhəri Nəsimi rayonu, 381-ci məhəllə, Rəşib Behbudov küçəsi, ev 65, mənzil 51 ünvanında qeydiyyatda olmaqla yaşayan Taxveli Adelya Azər qızının naməlum səbəbdən yaşadığı ünvanda 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin eyvanından yerə düşərək ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Taxveli Ramiz Pərviz oğlunun avtomaşınına baxış zamanı 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5.647 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsullla hazırlanmış, qurudulmuş marixuana götürülüb.

Bakıda arvadını 5-ci mərtəbədən atan kişi

Taxveli Ramiz Pərviz oğlunun sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 1/59.48 saylı tibbi müayinəsi zamanı Taxveli Ramiz Pərviz oğlunda THC marixuana və BAR (BARBİTURAT) qəbulu nəticəsində yaranmış psixi davranış pozuntusu aşkar olunub.

Taxveli Ramiz Pərviz oğlu Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsində izahat verərkən Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atmasını etiraf edib.

Fakta görə 10 dekabr, 2018-ci il tarixində Nəsimi rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb. Taxveli Ramiz Pərviz oğlu saxlanılıb.

Qeyd edək ki, Taxveli Ramiz Pərviz oğlu "Buta Palace”ın art direktorudur.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ