RU
Bakıda binanın eyvanı uçdu - FOTO
10:30
317

Bakıda binanın eyvanı uçdu - FOTO

Bakıda yaşayış binasında mənzillərdən birinin eyvanı uçub.

Hadisə Nərimanov rayonu, Mayakovski küçəsi,  ev 15 ünvanında baş verib.

Sakinlərin verdiyi məlumata görə, 1938-ci ildə inşa edilən binanın eyvanı intensiv yağan yağışlar zamanı ağırlığa dözməyib və uçub. Evin içi də yararsız vəziyyətə düşüb. 

Hadisə zamanı xəsarət alan olmasa da, binanın altında saxlanılan maşına ziyan dəyib./oxu

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ