Bakıda yaşayan 62 yaşlı qadın 72 yaşlı ərinin itkin düşməsilə bağlı polisə müraciət edib.
7News.Az xəbər verir ki, bu barədə Elmira Məhəmməd qızı Qocayeva Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsinə müraciət edib.
Qadın bildirib ki, əri Arif Xankişi oğlu Qocayev evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.
7News.Az







