RU
lombard
Bakıda istilik verilməsi təmin edildi
17:44
207

Bakıda istilik verilməsi təmin edildi

“Azəristiliktəchizat” ASC ilə “Azəriqaz” İB arasında borca görə aparılan danışıqlarda razılıq əldə olunub və artıq bütün qazanxanaların qaz təminatı bərpa edilib.

Mu haqda "Azəristiliktəchizat" ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib. O, bildirib ki, artıq saat 15:30 radələrindən başlayaraq, paytaxtda və respublikanın bütün bölgələrində qazanxanalara qaz verilib: “Məhəllədaxili kiçik qazanxanaların işi bərpa edilib. İri qazanxanalara isə sabah günorta saatlarına qədər tam şəkildə istilik veriləcək”.

Borc probleminə gəlincə, Rafiq Əliyev bu məsələdə “Azəriqaz” rəhbərliyinin güzəştə getdiyini qeyd edib: “Sağ olsun, “Azəriqaz” rəhbərliyi bizə güzəşt elədi və imkan verdilər ki, qazanxanalarımızı işə salaq. Borc məsələsinə hökumətdə də baxılır. Yəqin ki, iki qurum arasında bu, rəhbərlik səviyyəsində həll olunacaq. Qərara alındı ki, qazanxanalar qazla təmin olunsun, öz aramızdakı bu məsələyə isə sonra aydınlıq gətirərik”./musavat

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ