Bakıda şirniyyat mağazalarından birində erməni mahnısı səsləndirilib.
Müştərilər Yasamal rayonu ərazisində yerləşən mağazada məşhur erməni mahnısı "Migena"nı eşirdərək təəccübləniblər.
Mağazanın müştərilərindən biri həmin anı çəkərək redaksiyamıza göndərib. Bakıda erməni mahnısının səsləndirilməsinin düzgün olmadığını hesab edən oxucumuz öz iradını bildirib.