Bakının Sabunçu rayonu, Yeni Ramana qəsəbəsindəki 21 saylı birləşmiş şəhər xəstəxanasının tibb məntəqəsinin qəzalı olması müzakirələrə səbəb olub.
7news.az Pravda.az-a istinadən xəbər verir ki, sakinlər tibb məntəqəsinin bu vəziyyətdə olmasından narazıdırlar.
Məsələ sosial şəbəkədə də müzakirəyə çıxarılıb. Şəbəkə istifadəçiləri xəstəxanın özünün "müalicəyə" ehtiyacının olduğunu bildiriblər.







