RU
Bakıda müəllimə və qayınanası — QRİPDƏN ÖLÜB?
15:05
1065

Bakıda müəllimə və qayınanası — QRİPDƏN ÖLÜB?

249 saylı orta məktəbin təsviri incəsənət müəlliməsi Sərfi Namazova vəfat edib.
7News.Az xəbər verir ki, bu barədə News24.az-a daxil olan məlumatda bildirilir ki, müəllimə qripdən dünyasını dəyişib. Məlumatda o da bildirilir ki, bir həftə öncə müəllimənin qayınanası da eyni diaqnozdan vəfat edib. Dünən onun 7 mərasimi keçirilib. Yayılan bu məlumat məktəbdə oxuyan şagirdlərin valideynlərini təşvişə salıb.
Deyilənlərin doğru olub-olmadığını dəqiqləşdirmək üçün TƏBİB və Bakı Şəhər üzrə Təhsil İdarəsinə sorğu ilə müraciət etdik. Sorğunun cavabı dərc olunacaq. 
 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ