RU
Bakıda qalmaqal: Aldığı dondurma yarımçıq çıxdı – FOTO
16:40
549

Bakıda qalmaqal: Aldığı dondurma yarımçıq çıxdı – FOTO

"Mağazadan dondurma almışam, evdə baxırıq ki, yarımçıqdır. Əvvəlcə elə düşündük ki, yarısı istifadə olunub. Sonra mağazada bir neçəsini açıb baxdıq, hamısı yarımçıq idi”.

7news.Az xəbər verir ki, bu sözləri fotoqraf Orxan Əzim sosial şəbəkədə yazıb. 

Sözügedən  yarımçıq dondurmaların fotosu isə qısa zaman ərzində marağa səbəb olub. Fotoqraf şikayət etdiyi zaman mağaza əməkdaşlarının belə ona inanmadığını qeyd edib: "Satıcıya deyirəm ki, yarımçıqdır. "Açıb yemisiz”, – deyir. Mübahisə etməmək üçün birini də alıb yanında açdım. O da eynilə belə oldu. Sonradan çəkisini ölçdük ki, qablaşdırılmada qeyd olunduğu kimi 450 qramdır. Çəkidə fərq olmasa da, qabın həcmi müştərini yanıldır. Əgər yarımçıq qablaşdırılırsa, qabın həcminə görə niyə müştərini aldadırlar? Dondurma Nizami rayonu,  Keşlə qəsəbəsində yerləşən "A-klass" firmasına məxsusdur”.

Xatırladaq ki, bir müddət əvvəl baxış zamanı bir neçə şirkətə məxsus dondurmalardan götürülən nümunələrdə bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) miqdarının normativ sənədlərdə nəzərdə tutulmuş miqdardan artıq olduğu müəyyən edilmişdi. Həmin istehsalçılar arasında "A-klass" şirkətinin də adı qeyd olunmuşdu.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ