Bakıda velosiped oğruları yaxalanıb.
Trend-in məlumatına görə, hadisə paytaxtın Xəzər rayonunda baş verib. Xəzər rayonu Binə qəsəbəsində yaşayan Ə.Qasımov polisə müraciət edərək ona məxsus velosipedin oğurlandığını bildirib.
Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində velosipedi oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri Akif Xasıyev və qardaşı Amin Xasıyev saxlanılıblar.
Saxlanılan şəxslər hadisəni törətdiklərini etiraf ediblər.
Faktla bağlı araşdırma aparılır.
7News.Az








