RU
Təhsil və idman sahəsində uğur qazanan gənclərlə görüş
16:13
49

Təhsil və idman sahəsində uğur qazanan gənclərlə görüş

İyulun 2-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov təhsil və idman sahəsində uğur qazanan gənclərlə görüşüb. İcra aparatının məsul əməkdaşlarının, təhsil sektoru əməkdaşlarının, idman mütəxəssislərinin, valideynlərin və mətbuat işçilərinin iştirak etdiyi görüşdə İlham İsmayılov Azərbaycan üçün, xüsusən Mingəçevir şəhəri üçün xoş hadisələr — Mingəçevir şəhəri uşaq-gənclər idman-şahmat məktəbinin şagirdi Zəhra Məhərrəm qızı Allahverdini 86 ölkə şahmatçılarının iştirakı ilə İtaliyanın Montesilvano şəhərində keçirilən 14 yaşadək yeniyetmələr arasında Dünya Şahmat Çempionatında qızıl medal qazanaraq dünya çempionu adına layiq görülməsi, Təbiət, Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin məzunu Burlaxatun Bəhruz qız Məcidlini buraxlış imtahanında 300 bal, I ixtisas qrupu üzrə 400 bal ən yüksək nəticə — 700 bal toplamaqla ölkə birincisi olması münasibəti ilə təbrik edərək xoş arzularını çatdırıb. İlham İsmayılov: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilə və idmana göstərdiyi diqqət və qayğının nəticəsidir ki, yeniyetmə və gənclərimiz uğurlar qazanır, dünyada Azərbaycanın üçrəngli bayrağı dalğalanır, Dövlət Himni səsləndirilir. İlbəil uğurları artan Mingəçevir təhsilinin, lisey və tam orta məktəb şagirdlərinin olimpiada və bilik yarışlarında əldə etdikləri nailiyyətlər təbii ki, müəllimlərimizin gərgin zəhmətinin, valideynlərin qayğısının göstəricisidir. Birinci vitse Prezident Mehriban xanım Əliyevanın bu sahələrə göstərdiyi diqqəti də qeyd etməliyik. Bu gün uğur qazanan hər iki gənc qızımızı, onların valideynlərini, müəllimlərini, bütün mingəçevirliləri ürəkdən təbruk edərək vurğulamaq istəyirəm ki, bu nailiyyətlər gənclərimizin həyat yolunun başlanğıcıdır, hər ikisini, bütün məzunlarımızı bir daha təbrik edir, uğurlar arzulayıram.” Çıxış edən Mingəçevir şəhər təhsil sektorunun müdiri Rüstəm Aslanov diqqət üçün şəhər rəhbərinə minnətdarlığını bildirərək bundan sonra da istedadlı və savadlı məktəblilərin üzə çıxarılması istiqamətində fəaliyyətin genişləndiriləcəyini bildirib. Şahmat üzrə məşqçi-müəllim Hafiz Kərimov 11 oyundan 9 xal toplayaraq dünya çempionu adına layiq görülən, Azərbaycanın Dövlət Bayrağını beynəlxalq arenada yüksəldən Zəhranın bu qələbəsinin müstəqil Azərbaycanın tarixində bir ilk olduğunu fərəhlə bildirib. Təbiət, Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin direktoru Aidə İsmayılova son dörd ildə təhsil ocağının, müəllim və şagirdlərin qazandığı nailiyyətlərdən, başa çatan tədris ilinin nəticələrinin də yüksək səviyyədə olduğundan bəhs edib. Burlaxatunla yanaşı onun əkiz bacısının, bir çox məzunların da uğur qazandığını diqqətə çatdıraraq ölkə Prezidentinə təhsilin inkişafına göstərdiyi yüksək dəstəyə görə minnətdarlığını ifadə edib. İctimaiyyət nümayəndələri adından çıxış edən "Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov təbriklərini çatdırıb. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov gənclərə xatirə hədiyyələri təqdim edib. Sonda xatirə çəkli çəkdirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ