RU
Bakıda sürücülərə qarşı yeni dələduzluq: “Əsgər yanına gedirik” deyib benzin istəyirlər - VİDEO
13:30
24

Bakıda sürücülərə qarşı yeni dələduzluq: “Əsgər yanına gedirik” deyib benzin istəyirlər - VİDEO

Paytaxtın Suraxanı rayonu, Aeroport şosesində sürücülərə qarşı yeni dələduzluq üsulu ilə bağlı iddialar yayılıb.

Sosial şəbəkələrdə yayılan məlumata əsasən, bəzi şəxslərin yol kənarında dayanaraq sürücülərə yaxınlaşdığı bildirilir. İddiaya görə, həmin şəxslər əsgər yanına getdiklərini deyərək avtomobil sahiblərindən 1-2 litr benzin istədiklərini bildirirlər.

Paylaşım müəllifinin sözlərinə görə, sürücü razılıq verdikdən sonra həmin şəxslər şlanq vasitəsilə avtomobildən nəzərdə tutulandan daha çox – təxminən 10 litrədək yanacaq götürürlər.

İddialarda qeyd olunur ki, daha sonra həmin şəxslər "əsgər yola salmağa gəlmişik” bəhanəsi ilə sürücülərdən əlavə olaraq pul da istəyə bilirlər.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ