RU
Məcburi köçkünlərin sosial problemləri ilə bağlı 75 fərman və sərəncam imzalanıb
14:41
23

Məcburi köçkünlərin sosial problemləri ilə bağlı 75 fərman və sərəncam imzalanıb

Məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2004-2019-cu illər ərzində 75 fərman və sərəncam imzalanıb, Milli Məclisdə 11 qanun qəbul edilib.

Bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında komitə sədri Musa Quliyev deyib.

O bildirib ki, torpaqlarımızın işğal altında olduğu dövrdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 121 yeni qəsəbə və hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksi tikilərək onların istifadəsinə verilib. 62 mindən çox məcburi köçkün ailəsinin, yəni 300 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

"Dövlətimiz tərəfindən məcburi köçkün ailələrinə uzun illər ərzində təhsil və vergi güzəştləri, vahid aylıq müavinət, ünvanlı sosial yardım, məşğulluq proqramları, tibbi-sosial reabilitasiya və digər sosial müdafiə mexanizmləri çərçivəsində davamlı dəstək göstərilib”, - deyə komitə sədri əlavə edib./AZƏRTAC
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ