"Bakıda günəbaxan tumu satan uşaq avtomobillərin qarşısına qaçır"
Sonxeber.az xəbər verir ki, dünən gecə saatlarında İbrahimpaşa Dadaşov küçəsində 10 yaşlı uşaq yol zolağı ilə hərəkətdə olan avtomobilərin qarşısına qaçaraq sürücülərə günəbaxan tumu almağı təklif edir. Özü də tum sellofan torbada və cəmi bir neçə ədəddən ibarət. Təsadüfən çəkilmiş videoda əməkdaşımız həmin uşağa yaxınlaşaraq onunla ünsiyyət qurub. Məlum olub ki, öncə avtomobillərin sahiblərindən pul dilənməsi təsviri yaradan bu uşaq əslində evlərinə pul aparmaq üçün tum satırmış.
Həmin videonu təqdim edirik:








