RU
Bakıda uşaq yarıçılpaq halda diləndirilir – FOTO
14:00
426

Bakıda uşaq yarıçılpaq halda diləndirilir – FOTO

Bakı Metropoliteninin "Əhmədli" stansiyası yaxınlığında 9-10 yaşlarında oğlan uşağı soyuq havada yarıçılpaq halda dilənməyə məhkum edilib. 

7news.Az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış hüquqşünas Sevda Məhərrəmova məlumat verib.

O qeyd edib ki, uşaq könüllü olaraq diləndiyini desə də, çox keçmədən naməlum bir kişi uşağa yaxınlaşaraq, onu ərazidən uzaqlaşdırıb.

Hüquqşünas faktla bağlı Daxili İşlər Nazirliyinin "102” xidməti-zəng mərkəzinə xəbər verib. Lakin polis əməkdaşları dilənən uşağı tapa bilməyiblər.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ