RU
Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
16:20
553

Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

"Azəravtoyol” ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.

"Azəravtoyol” ASC-nin mətbuat xidmətindən 7news.Az-a verilən məlumata görə, bu gün axşam saat 22:00-dan etibarən Səbail rayonu, İstiqlaliyyət küçəsində, həmçinin 24:00-dan etibarən Neftçilər prospektinin Rəşid Behbudov küçəsi ilə kəsişmədən Yusif Səfərov küçəsi ilə kəsişməyədək olan hissəsində yeni üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.
 
Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən mədudlaşdırılacaq.

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ