"Azneft” meydanından 9-cu mikrarayon istiqamətinə hərəkət edən 65 nömrəli marşurutda növbəti dəfə nasazlıq yaranıb.
Bu barədə Cebhe.info-ya 11 nəfər sərnişin şikayət edib. Sərnişinlərin dediyinə görə, 65 nömrəli avtobus artıq dörcüncü dəfədir ki, texniki nasazlıq səbəbindən yolda qalır.
Bu zaman sürücü sərnişinləri yarı yolda düşürərək, abtobusun hərəkət edə bilməyəcəyini elan edir. Dəfələrlə təkrarlanan bu hal sərnişinlərin ciddi narazılığına səbəb olub. Yarı yolda düşürülən sərnişinlər hətta bir neçə dəfə sürücü ilə mübahisə də ediblər.
Sürücü isə özündə günah olmadığını əsas gətirərək, nəqliyyat vasitəsinin ani dayandığını bildirib.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Cebhe.info-ya açıqlamasında deyib ki, qaydalara əsasən avtobuslar hər gün reys qabağı texniki baxışdan keçməlidir: "Amma biz yenə də bu məsələni araşdırarıq”.
7News.az








