7NEWS.az xəbər verir ki, "Baku Medical Plaza”da qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən 28 yaşlı Şəhla Muxtar qızı Quliyeva vəfat edib.
Məlumata görə, əməliyyatdan sonra vəziyyəti ağırlaşan Şəhla Quliyevanın beyninə qan sızıb. O, təxminən 20 gün komada qaldıqdan sonra həyatını itirib. Qadının övladının vəziyyətinin isə normal olduğu bildirilir.
Qeyd olunur ki, Ş.Quliyeva "Azərbaycan Supermarket” MMC-də təchizat üzrə mütəxəssis kimi çalışıb.
Mərhumun yaxınları onun əməliyyatdan sonra səhhətinin kəskin pisləşməsi ilə bağlı mətbuata müraciət edərək "Baku Medical Plaza”nın ginekoloqu Təravət Hümbətovanı günahlandırıblar.
Yaxınlarının iddiasına əsasən, əməliyyatdan təxminən 20 saat sonra Şəhlanın arterial təzyiqi kəskin yüksələrək 200-ü keçib və beyninə güclü qan sızması baş verib. Nəticədə qanaxmanın beynin kötüyünü ciddi zədələdiyi və xəstəyə beyin ölümü diaqnozu qoyulduğu bildirilib.
Hadisənin səbəbləri və tibbi müdaxilənin düzgün aparılıb-aparılmaması ilə bağlı məsələlər isə müvafiq araşdırmanın nəticəsindən asılıdır./qafqazinfo
7NEWS.az








