RU
Banqladeşdəki yanğında ölənlərin sayı 25 nəfərə çatıb, 450-dən çox insan yaralanıb -YENİLƏNİB
14:30
721

Banqladeşdəki yanğında ölənlərin sayı 25 nəfərə çatıb, 450-dən çox insan yaralanıb -YENİLƏNİB

Banqladeşin Çittaqonq şəhərinin ətrafında yerləşən konteyner anbarında baş verən yanğında ölənlərin sayı 25 nəfərə çatıb.

Bunu Banqladeşin Səhiyyə Departamentinin direktoru Həsən Şəhriyar deyib.

"Yanğın nəticəsində 5-i yanğınsöndürən olmaqla 25 nəfər həlak olub. Ölənlərin sayının artacağı gözlənilir. 450-dən çox insan xəsarət alıb”, - o deyib.

Qeyd edək ki, yanğın şənbə günü yerli vaxtla axşam saat 9 radələrində başlayıb və gecə yarısı anbarda güclü partlayış olub. Partlayışdan sonra yanğın sürətlə yayılıb. Partlayış o qədər güclü olub ki, yaxınlıqdakı evlərin şüşələri sınıb.

08:15

Banqladeşin cənub-şərqindəki Çittaqonq şəhərində şənbə günü konteyner anbarında baş verən yanğında azı 15 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Bu barədə yerli polisin rəhbəri Abul Kalam Azad məlumat yayıb.

"Hazırda 15 nəfər ölüb. Ən azı 40 yanğınsöndürən və 10 polis də daxil olmaqla 170-ə yaxın insan yaralanıb. Hadisə üç yanğınsöndürən ölüb", - o deyib.

Yaralılar xəstəxanalara çatdırılıb.

Daha əvvəl 4 nəfərin öldüyü bildirilib.

03:27

Banqladeşin Çittaqonq şəhərində konteyner anbarında yanğın olub.


Məlumata görə, yanğın zamanı 4 nəfər ölüb, daha 400 nəfər yaralanıb.

Çittaqonq şəhərinin yanğınsöndürmə briqadası hadisəyə müdaxilə edən 4 əməkdaşının da yaralandığını açıqlayıb. Yaralıların müalicəsinə şəhərdəki hərbi xəstəxana dəstək verir.

Yerli vaxtla saat 22:30-da qeydə alınan yanğın partlayışdan sonra başlayıb.

Hadisənin başvermə səbəbi açıqlanmır./report

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ