RU
Baş Nazir qərarda DƏYİŞİKLİK ETDİ — Karantin rejiminin pozulmasına görə...
10:10
829

Baş Nazir qərarda DƏYİŞİKLİK ETDİ — Karantin rejiminin pozulmasına görə...

Nazirlər Kabineti "Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edib.


 7News.Az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.


Qərara əsasən, Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatının 1.4.3.1.1.2-ci yarımmaddəsi aşağıdakı redaksiyada verilib:


Belə ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına daxil edilib.


Bundan əvvəl isə sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə cərimələr Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına daxil idi.

 

 

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ