Baş Nazirdən koronavirusla bağlı TAPŞIRIQ: Bu şəxslərin işləməyi qadağan edilsin
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə məktub göndərib.
7News.Az xəbər verir ki, məktubda dövlət qurumlarının rəhbərlərinə koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək və icrasına ciddi nəzarət edilməsi ilə bağlı tapşırıqlar yer alıb:
1. İclasların, müşavirələrin və toplantıların yalnız telefon rabitəsi (selektor), mobil və internet vasitəsilə keçirməsinə üstünlük verilsin;
2. Mümkün olduğu halda, əməkdaşların məsafədən işləmələri məsələsinə baxılsın;
3. 60 yaşdan yuxarı şəxslərin və öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilsin;
4. İşçilərin və onların ailə üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi halları olduğu təqdirdə həmin işçilərin işə çıxması qadağan edilsin;
5. Xüsusi zərurət olduğu hallar istisna olmaqla, bütün ezamiyyətlər dayandırılsın. Ezamiyyətə xüsusi zərurət olduğu hallarda, razılıq alınması məqsədilə dövlət orqanlarının və qurumlarının rəhbərləri tərəfindən operativ qərargaha əsaslandırılmış rəsmi müraciət edilsin;
6. Əməkdaşların xarici ölkələrə rəsmi səfərləri dayandırılsın;
7. Vətəndaş qəbulu ilə əlaqədar aşağıdakı qaydalara riayət edilsin: