RU
Baş Prokurorluqdan qaçan məhbuslarla bağlı AÇIQLAMA
15:25
527

Baş Prokurorluqdan qaçan məhbuslarla bağlı AÇIQLAMA

Bakıda məhbusların qaçması faktı ilə bağlı hansı maddə ilə cinayət işinin başlanıldığı məlum olub.

Prokurorluqdan 7news.Az-a verilən məlumata görə, Bakı - Astara - Bakı  qatarında xüsusi təyinatlı vaqonda paytaxtda gətirilən məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda başlanmış cinayət işi üzrə və qaçan məhbusların tutulması istiqamətində zəruri istintaq əməliyyat-axtarış tədbirləri davam etdirilir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ