Ölkədə "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması
və Monitorinqi Sistemi”nin 8103 nömrəsinə gün ərzində heç bir səbəb
olmadan dəfələrlə əsassız, o cümlədən başqasının şəxsiyyət vəsiqəsinin
seriya nömrəsindən istifadə etməklə müraciət edən şəxslərin kimliyi
müəyyən edilib.
üsuldan istifadə edərək karantin qaydalarını pozan ümumilikdə 88 nəfərin
şəxsiyyəti müəyyən edilib. Həmin şəxslər polis idarə, şöbə və bölmələrinə
dəvət olunaraq onlarla profilaktik söhbətlər aparılıb, izahatları alınaraq
xəbərdarlıq ediliblər.
Onların nəzərlərinə çatdırılıb ki, növbəti dəfə belə hallara yol verəcəkləri
Onların nəzərlərinə çatdırılıb ki, növbəti dəfə belə hallara yol verəcəkləri
təqdirdə barələrində daha ciddi inzibati tədbirlər görüləcək: "Odur ki,
vətəndaşlarımızı bir daha 8103 nömrəsindən aidiyyatı üzrə istifadə etməyə
çağırır, bu zaman sui-istifadə hallarına yol verməməyi tələb edirik.
İcazələrin Alınması və Monitorinqi Sisteminə daxil olan bütün müraciətlər
ciddi və hərtərəfli araşdırılır. Müxtəlif əsassız bəhanələrlə və ya başqasının
şəxsiyyət vəsiqəsinin seriya nömrəsindən istifadə etməklə qanunsuz olaraq
8103 qısa nömrəsi vasitəsi ilə icazələr alaraq sanitariya-gigiyena və karantin
rejiminin tələblərini pozan şəxslərin müəyyən edilməsi istiqamətində tərəfimizdən
tədbirlər davam etdirilir".








