RU
16:40
350

"Baxıcısı olduğu yaşlı qadını elə döydü ki..."- Görüntülər ÜRƏK SIZLATDI

İstanbulun Kadıköy ərazisində Özbəkistan milliyətindən olan qadın, baxıcısı olduğu yaşlı qadını döyüb.

7News.Az Sonxeber.az-a istinadən xəbər verir ki, baxıcının yaşlı qadına qarşı fiziki hücumları cib telefonu kamerasına əks olunub.

Yaşlı qadının pəncərəyə doğru qaçaraq "Məni burada döyürlər" deyə kömək istəməsi görüntüləri qan dondurub.

Özbəkistan vətəndaşı olduğu iddia edilən baxıcı qadın, birlikdə yaşadığı yaşlı qadına fiziki hücum ilə yanaşı, söyüşlər də söyüb. Görüntülər isə baxıcının rəfiqəsi tərəfindən telefonun yaddaşına həkk olunub.

 

7News.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ