RU
Bakıda ər-arvad qətlə yetirildi
17:40
23

Bakıda ər-arvad qətlə yetirildi

Bakıda ər-arvad qətlə yetirilib.

Hadisə bu gün Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

Sabir Əliyev (1946-cı il təvəllüdlü) və həyat yoldaşı Zöhrə Əliyeva (1960-cı il təvəllüdlü) mənzildə bıçaqlanaraq öldürülüb.

Polis hadisəni törətməkdə şübhəli bilinən Murad Niftəliyevi (1997-ci il təvəllüdlü) saxlayıb.

Fakt araşdırılır.

İlkin məlumata görə, hadisə qarət məqsədilə törədilib.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ