RU
BDU-da yeni təyinat
12:09
602

BDU-da yeni təyinat

Bakı Dövlət Universitetində (BDU) kadr dəyişikliyi olub.

7News.Az-ın məlumatına görə, BDU-nun rektor (əvəzi) səlahiyyətlərini müvəqqəti icra edən  Firudin Qurbanovun əmri ilə Kadrlar şöbəsinin müdir əvəzi Təranə Əhədova vəzifəsindən azad edilib. 

Firudin Qurbanovun imzaladığı bir digər əmrə əsasən, BDU-nun Kadrlar şöbəsinin müdiri vəzifəsinə Nazim Məcidov təyin edilib.

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova faktı 7News.Az-a təsdiqləyib.

Xatırladaq ki, Nazim Məcidov uzun illər Dənizkənarı Bulvar İdarəsinin rəis müavini vəzifəsini icra edib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ