RU
BƏƏ-nin bütün əhalisi azı 1 doza vaksin qəbul edib
19:30
3069

BƏƏ-nin bütün əhalisi azı 1 doza vaksin qəbul edib

Birləşmiş Ərəb Əmirliklərinin peyvənd edilməsi tələb olunan bütün əhalisi azı 1 doza vaksin qəbul edib.

7NEWS.Az-ın xəbərinə görə, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, vaksin yaşı çatanların hamısı azı bir doza Covid-19 əleyhinə vaksin qəbul edib. Ölkə əhalisinin 90.18%-i isə tam peyvəndlənib. Beləliklə, BƏƏ vaksinlənmə tempinə görə dünyada birinci ölkədir.

Qeyd edək ki, BƏƏ-də koronavirus əleyhinə vaksinləmə 3 yaşından başlayır.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ