Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sahillərində lövbər salmış quru yük gəmisinə naməlum mərmi ilə zərbə endirilib.
Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzinin (UKMTO) məlumatına görə, hadisə noyabrın 24-də Xor-Fakkan limanından təxminən 23 dəniz mili şimal-şərqdə qeydə alınıb.
Məlumata əsasən, mərmi zərbəsindən sonra gəmidə yanğın baş verib.
İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb.
İnsidentlə bağlı araşdırma aparılır.








