RU
Belarus 500 min çağırışçını səfərbərliyə çağırmağa hazırdır
16:00
88

Belarus 500 min çağırışçını səfərbərliyə çağırmağa hazırdır

Lazım gələrsə, 500 min hazırlıqlı ehtiyatda olan çağırışçıdan ibarət resurs yerləşdirə bilər.

7NEWS.Az xəbər  verir ki, bu barədə Belarus müdafiə nazirliyinin Telegram kanalında məlumat verilib.

"Hərbi qurum lazım gələrsə, 500 min çağırışçıdan ibarət resurs yerləşdirə bilər və söhbət təlim keçmiş ehtiyatdan gedir”, - məlumatda deyilir.

Bildirilir ki, son 20 ildə ölkədə daimi xarakter daşıyan səfərbərlik həddi 130 min nəfəri keçib.
Belarusun müdafiə naziri, general-leytenant Viktor Xreninin sözlərinə görə, ehtiyatda olan hərbçilərlə iş hərbi komissarlıqların və hərbi hissələrin vəzifəli şəxslərinin gündəlik əmək vəzifələrinin bir hissəsi olan "tamamilə planlaşdırılmış” şəkildə həyata keçirilir.

Nazir onu da vurğulayıb ki, respublikanın müqaviləli ordu yaratmağa ehtiyacı yoxdur, çünki Belarus ordusunun 60%-i müqaviləli hərbçilərdir.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ