RU
Belarus Müdafiə Nazirliyi hərbi təlimlərə başlayır
19:10
122

Belarus Müdafiə Nazirliyi hərbi təlimlərə başlayır

Belarus Müdafiə Nazirliyi döyüş atışlı hərbi təlimlərə başlayır.

Bu barədə Nazirliyin "Telegram" kanalında məlumat paylaşılıb. Bildirilib ki, təlimlər Belarus ərazisində və Rusiya Aerokosmik Qüvvələrinin 185-ci döyüş hazırlığı mərkəzində keçiriləcək.
Belarus Müdafiə Nazirliyinin məlumatına görə, hərbçilər canlı atəşlə müxtəlif əməliyyat-taktiki tapşırıqları icra edəcəklər. Təlimlərin avqustun 9-dan 25-dək davam edəcəyi qeyd olunub.

Əlavə olunub ki, məqsəd hərbi birləşmələr arasında qarşılıqlı əməliyyat qabiliyyətinin artırılmasıdır.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ