Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə Konstitusiyasına dəyişikliyə dair referendumun 2022-ci il fevralın ikinci yarısında keçiriləcəyini deyib.
7NEWS.Az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Belarus Prezidentinin Mətbuat Xidmətinə yaxın mənbələr bildirib.
Məlumata görə, Belarusda yeni Konstitusiya layihəsi hazırlanır. Əsas qanunla bağlı referendumun 2022-ci ilin fevralından gec keçirilməməsi planlaşdırılır.
BelTA bildirib ki, A.Lukaşenko Konstitusiya layihəsini hazırlayan işçi qrupu ilə keçirdiyi yekun müşavirədə deyib: "İki günə səhvləri düzəldər, vergülləri qoyar, sonra da Konstitusiya layihəsini müzakirə çıxararıq”.
7NEWS.Az







