7News.az xəbər verir ki, Belçikanın Flandriya bölgəsindəki 82 bələdiyyəyə qarşı eyni vaxtda kiberhücum həyata keçirildiyi və süni intellekt əsaslı proqram təminatından istifadə edilərək 1,2 milyon nəfərin məlumatlarının ələ keçirildiyi bildirilir. Hücumlar zamanı əldə edilən və sonradan internetdə yayılan məlumatlara adlar, ünvanlar, doğum tarixləri, həmçinin milli qeydiyyat və şəxsiyyət nömrələri, IBAN məlumatları və nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları daxildir.








