ABŞ-da uçuşların dayanmasına səbəb olan böhranın mənbəyi müəyyən edilib
7News.az xəbər verir ki, ABŞ Federal Aviasiya Administrasiyası (FAA) ölkə daxilində bütün uçuşların dayandırılmasına gətirib çıxaran müəmmalı texniki nasazlığın mənbəyini aşkar edib. Məlum olub ki, Arkanzas ştatındakı yeni şəbəkə marşrutlayıcısında (router) diqqətdən qaçan bir parametr sistemdəki köhnə avadanlıqlarla uyğunsuzluq yaradıb və nəticədə hava hərəkətinə nəzarət şəbəkəsi sıradan çıxıb.