RU
Hava kəskin soyuyacaq - 15 dərəcə şaxta
14:00
33

Hava kəskin soyuyacaq - 15 dərəcə şaxta

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Səhər saatlarında bəzi ərazilərdə zəif duman müşahidə ediləcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gün ərzində cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 5-8, gündüz 12-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 12-16 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 0-5, yüksək dağlıq ərazilərdə isə 10-15 dərəcə şaxta gözlənilir. Gündüz temperatur 0-5 dərəcə isti olacaq.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ