RU
Rusiya Kiyevdə iki hərbi sənaye müəssisəsini vurdu
13:50
15

Rusiya Kiyevdə iki hərbi sənaye müəssisəsini vurdu

Rusiya Müdafiə Nazirliyi Ukraynanın paytaxtı Kiyevdə hərbi sənaye müəssisələrinə zərbələr endirildiyini açıqlayıb.



7News.Az xarici mətbuata istinadən xəbər verir ki, nazirliyin məlumatına görə, Rusiya Silahlı Qüvvələri gecə saatlarında Kiyevdə pilotsuz uçuş aparatlarının (PUA) istehsal olunduğu iki sənaye müəssisəsini hədəfə alıb.



Açıqlamada Qara dənizdə hərbi yüklər daşıyan bir gəminin də hücuma məruz qaldığı bildirilib. Əməliyyat zamanı qurudan yüksək dəqiqlikli silahlardan və pilotsuz uçuş aparatlarından istifadə edildiyi qeyd olunub.



Rusiya Müdafiə Nazirliyi, həmçinin gecə ərzində Moskva da daxil olmaqla, ölkənin müxtəlif bölgələrində Ukraynaya məxsus 343 pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini iddia edib.

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ