Bakıda avtobus qəzası: 2 nəfər öldü

Bakıda avtobus qəzası: 2 nəfər öldü

Bu gün günorta saatlarında Bakıda - Qala yolunda mikroavtobus “Jiquli” markalı avtobusla toqquşub.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə yerinə təcili-tibbi yardım briqadası çağırılıb.

Qəza nəticəsində xəsarət alan 6 nəfər briqada tərəfindən Bakı Şəhər 3 saylı Klinik Xəstəxanaya gətirilib. Onlardan biri elə xəstəxanaya gətirilən kimi, biri isə əməliyyata başlayan zaman dünyasını dəyişib. Qalan 4 şəxs isə hazırda xəstəxanada müalicə olunurlar, vəziyyətləri orta ağırdır./azvision.az

7News.Az

Xəbər lenti