"Türkiyə Qarabağın həllinə töhfə verə bilər"

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi mətbuat konfransında Türkiyənin Dağlıq Qarabağ məsələsinə qoşulmasını konstruktiv fəaliyyət kimi nəzərdən keçirilməsinin mümkün olduğunu söyləyib.

"Türkiyə rəsmi nümayəndələrinin Dağlıq Qarabağ münaqişəsinin müsbət həlli üzrə əlavə təklifi varsa, bu, heç bir problem yarada bilməz. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllinə konstruktiv töhfə verə bilər"-deyə Zaxarova qeyd edib./olke.az

7news.Az

Xəbər lenti