"Microsoft" şirkətinin sahibi, milyarder Bill Qeyts 27 illik həyat yoldaşı Melinda Qeytsdən boşanmasından danışıb.
7News.Az axşam.az-a istinadən xəbər verir ki, 3 gün əvvəl rəsmi şəkildə ayrılan Bill buna görə məyus olduğunu bildirib:
"Melinda gözəl insandır. Birliyimizin sona çatması mənim böyük şəxsi kədərimin səbəbidir. Ancaq biz Fondda ünsiyyət saxlayır və işləyirik ki, tərəfdaşlığımız davam etsin. Birlikdə çalışmaq bizə həmişə xoş təsir edib. Mən bir neçə dəfə evliliyimizi xilas etmək üçün onunla şam yeməyinə çıxmışam. Lakin bu, bizim münasibətimizi xilas edə bilmədi".
7News.Az








