Azərbaycandan İraqa ekstra uçuşlar dayandı

Azərbaycandan İraqa ekstra uçuşlar dayandı

Bu gün Bakıdan “Bağdad Alfa” (421A-422A) və “Bravo” (421B-422B) reyslərinə uçuşlar ləğv olunub.

7news.Az Rreport-a istinadən xəbər verir ki, “İraq Hava Yolları“ şirkətindən bildirilib ki, hər gün “B 737/300” təyyarəsi ilə saat 16:30-da yerinə yetirilməli olan Bakı-Bağdad (Al Muthana)-Bakı aviareysi üzrə ekstra uçuşlar artıq olmayacaq.

Şirkət hər gün saat 20:30-da təşkil edilən avireys üzrə adi qaydada uçuşlarını davam etdirəcək.

Sözügedən aviareys üzrə Bağdaddan Bakıya təyyarə saat 16:00-da yola düşür, saat 19:30-da Bakıya çatır. Bakıdan Bağdada isə saat 20:30-da uçan təyyarə saat 22:00-da Bağdada enir.

Qeyd edək ki, Bakı-Bağdad reysi üzrə birtərəfli biletin qiyməti 247 dollardan, ikitərəfli biletin qiyməti isə 392 dollardan başlayır.

7news.Az

Xəbər lenti