7News.az xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən tekstil brendi "HercLeon", yayda geyinmək üçün nəzərdə tutulan və bir ay ərzində yuyulmağa ehtiyac duymayan futbolkaları təqdim edərək böyük maraq doğurub. Bədən qoxusunun qarşısını almaq vədi ilə satışa çıxarılan bu futbolkaların parçasının tərkibinə qızıl, mis və vulkanik kül daxildir.








