7News.az xəbər verir ki, Hindistanda yanmış qadın cəsədinin tapılması ilə bağlı aparılan araşdırma zamanı dəhşətli təfərrüatlar üzə çıxıb. Polis həlak olan şəxsin 31 yaşlı hamilə Pinki Hanumant Katka olduğunu müəyyən edib. İddiaya görə, hücuma məruz qaldıqdan sonra Katka artıq öldüyü güman edilərək təxminən 275 kilometr uzaqlığa aparılıb və orada cəsədi yandırılıb. Hadisə ilə əlaqədar dörd nəfər saxlanılıb, digər iki şübhəlinin axtarışı isə davam edir.