7News.az xəbər verir ki, Suriyada hazırda devrilmiş rejimin hakimiyyəti dövründə Dəra əyalətinin Sayda şəhərində xidmət etmiş və 138-ci Hava Hücumundan Müdafiə Briqadasına komandanlıq etmiş briqada generalı Cabir Muhriz İbrahim ələ keçirilib. Bildirilir ki, İbrahim təxminən 120 nəfərin ölümü ilə nəticələnən Sayda qırğınına, eləcə də çoxsaylı həbs və işgəncə əməliyyatlarına görə məsuliyyət daşıyır. Onun adı həmçinin 13 yaşlı Həmzə əl-Xətib işi ilə də əlaqələndirilir.








