RU
General-mayor Natiq Əliyevin qızı Türkər Əliyeva saxlanıldı: RÜŞVƏT, HƏDƏ, ŞANTAJ (İDDİA)
23:47
233

General-mayor Natiq Əliyevin qızı Türkər Əliyeva saxlanıldı: RÜŞVƏT, HƏDƏ, ŞANTAJ (İDDİA)

General-mayor Natiq Əliyevin qızı Türkər Əliyeva ətrafında daha bir qalmaqallı iddia gündəmə gəlib. İddiada qeyd olunur ki, Türkər Əliyeva Sumqayıt rayon Prokurorluğu tərəfindən saxlanılıb. Məlumatda qeyd olunur ki, 48 saatlıq saxlanmanın sonunda Türkər Əliyeva hakim qarşısına çıxarılacaq. 

Soz6Media-nın əldə etdiyi məlumata görə, Türkər Əliyevanın təxminən yarım milyon manat müqabilində Abşeron rayonunda yerləşən 10,2 hektar torpaq sahəsinə dair çıxarışın Züleyxa adlı şəxsin adına rəsmiləşdirilməsinə kömək edəcəyini vəd etdiyi iddia olunur.

İddialara əsasən, razılaşdırılmış vəsait ödənildikdən sonra vəd edilən nəticə əldə olunmayıb. Bir müddət sonra qarşı tərəf aldadıldığını düşündüyünü bildirərək pulun geri qaytarılmasını tələb edib. 

Məlumatlarda daha bir diqqətçəkən məqam isə Türkər Əliyevanın sosial şəbəkələrdəki davranışı ilə bağlıdır. Belə ki, onun qarşı tərəfi müxtəlif dövlət qurumlarının adını çəkməklə hədələdiyi, ayrı-ayrı nazirlərin adlarından istifadə edərək özünü nüfuzlu şəxslərlə əlaqəli göstərməyə çalışdığı iddia edilir. 

Ən maraqlı məqam isə odur ki, yayılan iddialara görə, pul məsələsini gündəmə gətirən şəxslərə qarşı təhqiramiz ifadələr işlədilib, onlara aldıqları vəsaiti tələb etməmələri ilə bağlı xəbərdarlıqlar edilib. Türkər Əliyeva, həmçinin, bütün Respublikanın ona borclu olduğunu deyib. (Red.: Video təqdim olunacaq).

Bizə daxil olan məlumatda o da qeyd edilir ki, Türkər Əliyeva Cinayət Məcəlləsinin 178.3.2, 320.1, 312.2.1 maddələri ilə ittiham edilir. 

Xatırladaq ki, bir neçə ay əvvəl də Türkər Əliyevanın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsində sənədləşmə ilə bağlı insident törətdiyi barədə məlumatlar yayılmışdı. Həmin məlumatlarda onun sənədlərin rəsmiləşdirilməsi ilə bağlı yaranmış mübahisə zamanı dövlət atributlarına və Vətən müharibəsi qazisinə qarşı təhqiramiz ifadələr işlətmişdir. 

Soz6Media olaraq bildiririk ki, məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına rəsmi sorğular ünvanlanacaq. 

Qeyd: Səsləndirilən məlumatlar iddia xarakteri daşıyır. Onların hüquqi qiyməti yalnız müvafiq araşdırma, sorğu və rəsmi qərarlar əsasında müəyyən ediləcək. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ